23 
Yan
2015
17:40
253
534
119186
Virtual karabakh

Xəzər TV-nin aparıcıları cəzalandırıldı - FOTO

23 Yan, 2015
17:40
119186

Xəzər TV-nin aparıcıları cəzalandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət məlumat yaydı.

Xəzər TV “Hər şey daxil” verilişində Azərbaycan manatının cırılması ilə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, televiziyanın saytında yerləşdirilən açıqlamada bildirilir:

“Xəzər televiziyası 2007-ci ildə “Ailənizin Xəzəri” devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir.

Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verdi. Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib və aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar”. 

Baş vermiş hadisəyə görə adıçəkilən şəxslər üzr istəyiblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri