Fev
2015
16:22
51
180
30801
Virtual karabakh

Maral Tahirqızı istintaqa cəlb olundu - YENİLƏNİB

2 Fev, 2015
16:22
30801

Maral Tahirqızı istintaqa cəlb olundu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O şəxs Esmira adında saç ustasıdır...

Müğənni Maral Tahirqızı istintaqa cəlb olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlama verən müğənni bu gün Xətai Rayon Polis İdarəsində ifadə verdiyini təsdiqləyib. 

O qeyd edib ki, Xətai Rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə istintaqa dəvət olunub: “Müstəntiq məndən bir neçə adamın adını soruşdu. Mən də bildirdim ki, həmin adamlardan yalnız birini tanıyıram. O şəxs Esmira adında saç ustasıdır. İfadəmdə digərlərini tanımadığımı qeyd etdim”.
 
Polisdən M. Tahirqızına deyiblər ki, cinayət işində kimsə onun adını çəkib: “Bir daha deyirəm, mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Kim mənim adımı çəkib, deyə bilmərəm. Niyə mənim adımı çəkib, onu da deyə bilmərəm. Lakin mən günahsızam. Müstəntiqə də dedim, mənim elə adamlarla əlaqəm yoxdur”.
 
M. Tahirqızı yenidən polisə çağırılacağını da istisna etməyib: “Müstəntiq dedi ki, lazım olsa, yenə dəvət edəcəklər”.

15:16

Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, müğənni insan alverində təqsirləndirilir.

O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib:

“Hələlik dindirmə gedir. Əlavə heç nə deyə bilmərik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri