27 
Fev
2015
11:23
78
48
5867
Virtual karabakh

Naomi Kempbell Amerika telekanalının operatoruna hücum edib – VİDEO

27 Fev, 2015
11:23
5867

Naomi Kempbell Amerika telekanalının operatoruna hücum edib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baş verənlərə görə üzr istəyirəm”.

Britaniyalı model Naomi Kempbell Kubanın paytaxtı Havanada Amerikanın NBC News telekanalının operatoruna hücum edib.

Oxu.Az xəbər verir ki, hadisə Havana otelinin yanında fevral ayının 26-da baş verib.

Kempbell mehmanxanadan çıxarkən videokameranın obyektivinə düşməsinə qəzəblənib.

Üzünü şlyapası ilə gizlədərək model operatorun yanına yaxınlaşıb. O bir neçə dəfə çəkilişi dayandırmağı xahiş edib, sonra isə videokameraya zərbə vurub.

Bir neçə saat sonra isə Kempbell qəzəbinə görə telekanaldan üzr istəyib.

“Baş verənlərə görə üzr istəyirəm. Bu, anlaşılmazlıq idi”, - model bəyan edib.

Kempbellin qalmaqalın mərkəzində olması ilk dəfə deyil. Modelin dava-dalaşından, onun sürücüləri, bir neçə xadimə də şikayətlənib. Bir dəfə model öz həkim-narkoloqu ilə dalaşıb, bir neçə dəfə mağazalarda qalmaqal salıb və Londonun Hitrou aeroportunda polisə hücum edib, buna görə isə o 200 saat müddətinə ictimai işlərə cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri