13 
Mar
2015
14:26
47
239
13524
Virtual karabakh

Nadir canlı yayımdakı qalmaqaldan danışdı

13 Mar, 2015
14:26
13524

Nadir canlı yayımdakı qalmaqaldan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sami Yusuf 2 gün konsert verib, bir Azərbaycan mahnısı oxuyub cibimizi yığıb gedəcək”.

Müğənni Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu təhqir etdiyi üçün ATV kanalından qovulması haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az-ın Qafqazinfo-ya istinadla xəbərinə görə, müğənni bildirib ki, o kanaldan qovulmayıb, reklam fasiləsində özü verilişi tərk edib:

“Mən heç vaxt yaltaq olmamışam, bunu hamı bilsin. Sadəcə olaraq dedim ki, mən Sami Yusufu tanımıram. Bu qəbahətdir ki? O müğənnini tanımadığım üçün mənə paxıllıq etdiyimi deyirlər. Tanımadığım adama necə paxıllıq edə bilərəm? O insanı dinləmirəm, zövqümcə deyil. Bu insanlar necə bu qədər yaltaq ola bilirlər? Sami Yusuf 2 gün konsert verib, bir Azərbaycan mahnısı oxuyub cibimizi yığıb gedəcək. Sonra burada öz müğənnilərimiz qalacaq. Özümüzə hörmət etməyi bacarmalıyıq. Sabah xeyir işlər, tədbirlər olanda yenə öz müğənnilərimiz gəlib çıxış edəcək. Məni heç kim verilişdən qovmayıb, özüm reklam fasiləsində tənqid olunduğum üçün verilişi tərk etdim. Bir az öncə mənə zəng edib dedilər ki, kanal mənə qadağa qoyub. Mən qadağa qoyulacağını bilərək, özüm-özümə verilişdə qalmağı qadağan edib oradan getdim. Hamı bilsin ki, Nadir heç vaxt yaltaq olmayacaq və sözün düzünü deyəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri