Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başından silahla vurulan gənc müğənni Mutlu Kayanın atasına zəng edib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident ifaçının atası Mehmet Kayaya baş vermiş hadisədən çox kədərləndiyini bildirərək başsağlığını çatdırıb.
Qeyd edək ki, müğənni hazırda xəstəxanada ağır vəziyyətdədir. Hadisədən dolayı Mutlunun keçmiş sevgilisi şübhəli şəxs qismində saxlanılıb. O, M.Kayanı vurmadığını deyib.
İstintaq davam etdirilir.
Rəylər