21 
May
2015
13:04
53
524
28267
Virtual karabakh

ATV-nin Mətanət Əliverdiyeva məsələsinə münasibəti

21 May, 2015
13:04
28267

ATV-nin Mətanət Əliverdiyeva məsələsinə münasibəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi məkirli media qurumları işlədilən ifadələri öz mənafelərinə uyğun formada təqdim edirlər”.

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında 21.05.2015 tarixində Bədii Şuranın iclası keçirilib və 20.05.2015 tarixində yayımlanan “Gündəlik” verilişi müzakirə olunub.

Telekanaldan Oxu.Az-a daxil olan məlumata görə, sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilməsi qiymətləndirilib.

“ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar.

Çünki bəzi məkirli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər.

Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verilişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb.

Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri