Diyarbakırın Ergani mahalında evində məruz qaldığı silahlı hücum nəticəsində başından ağır yaralanan müğənni Mutlu Kayanın səhhəti ağır olaraq qalır.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xəstəxanadan verilən məlumatda “Ümumi vəziyyətində dəyişiklik yoxdur. Tənəffüs aparatına bağlıdır. Dərmanları kəsilərək oyandırma müddətinə keçilib. Bu müddət 24 saat ilə 1 həftə arasında davam edə bilər” deyilir.
Qeyd edək ki, 19 yaşlı Kayanın müalicəsi Diyarbakır Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasında 4 gündür davam edir.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər