18 
İyn
2015
12:05
279
68
16813
Virtual karabakh

Məhkəmə qərarı: Aygün Kazımova üzr istəməlidir

18 İyn, 2015
12:05
16813

Məhkəmə qərarı: Aygün Kazımova üzr istəməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əks halda xalq artistini cinayət məsuliyyəti gözləyir.

Xalq artisti Aygün Kazımova ilə Natavan Həbibinin məhkəmə çəkişməsi davam edir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Natavan Həbibinin vəkili Həsənov Fərid bildirib ki, dünən  Kazımova Aygün Ələsgər qızının Bakı Apellyasiya Məhkəməsinin Həbibova Natavan Şamil qızının xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəməsinin Mülki kollegiyasında baxılıb: 

“Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Həmin qətnaməyə əsasən Kazımova Aygün Ələsgər qızı, Həbibova Natavan Şamil qızı barədə yaydığı yalan məlumatları təkzib etməli və Həbibova Natavan Şamil qızından üzr istəməlidir”. 

Vəkil daha sonra qeyd edib ki, Azərbaycan Respublikasında hər üç instansiya məhkəməsinin ədalətli mövqe tutması, qanunlarımızı dürüst tətbiq etməsinə görə Həbibova Natavan Şamil qızı bütün məhkəmə tərkibinə təşəkkürünü bildirir və cavabdeh Kazımova Aygün Ələsgər qızının məhkəmə qərarlarını icra edəcəyinə ümid etdiyini deyir. 

Əks halda xalq artistini cinayət məsuliyyəti gözləyir.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri