İyl
2015
17:17
83
772
32829
Virtual karabakh

Mətanət Əsədova: Bütün xalq mənə görə narahatdır

1 İyl, 2015
17:17
32829

Mətanət Əsədova: Bütün xalq mənə görə narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər kəs mənə görə üzülür”.

Ötən gün “Space” telekanalının efirində Vüsalə Kərimovanın aparıcılığı ilə təqdim olunan “Günaydın” verilişində xoşagəlməz anlar yaşanıb.

Verilişin qonaqlarından biri yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və ona abırlı geyinməyi təklif edib. Daha sonra isə sənətçi xanıma “Mən aliməm, sən də fahişəsən” deyib.

Verilişdə baş verənlərlə bağlı Mətanət Əsədova Oxu.Az-a danışıb.

Müğənni bildirib ki, bütün Azərbaycan xaqlı onu bu məsələdə dəstəkləyir.

“Bütün xalq mənə görə narahatdır, bütün xalq mənə görə əsəb keçirir. Mən bilməzdim ki, mən bu qədər xalqın məhəbbətini qazanmışam. Bütün dünyada yaşayan azərbaycanlılardan mənə zənglər gəlib, hər kəs mənə görə üzülür. Zəng vurub soruşurlar ki, mənim kimi sənətkardan nə istəyirlər?!”.

Müğənni onu səhnədə görmək istəməyənlərə də irad tutub:

“Yaxşı mən oxumadım, çəkildim kənara, bəs kim oxuyacaq? Mən kimə nə etmişəm? Mən sadəcə öz işimlə, öz sənətimlə məşğulam”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri