İyl
2015
18:36
22
87
9190
Virtual karabakh

Əziz Musaoğludan zorlama ittihamlarına - CAVAB

2 İyl, 2015
18:36
9190

Əziz Musaoğludan zorlama ittihamlarına - CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O sözlər hamısı...”.

Son günlər müğənni Mətanət Əsədovanı efirdə təhqir etməsi ilə gündəmə gələn Əziz Musaoğlu Cəbrayil rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanın onun barəsində səsləndirdiyi ittihamlara cavab verib. 

Oxu.Az-ın məlumatına görə, Ə.Musaoğlu ölkə.az-a bildirib ki, heç vaxt Biləsuvarda yerləşən Cəbrayıl məktəbində müəllimlik etməyib:

“Mən nə o məktəbdə işləməmişəm, nə kimisə təhqir etməmişəm, nə də zorlamamışam. O sözlər hamısı yalandır”.

Xatırladaq ki, Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənova aznews.az-a açıqlamasında bunları demişdi:

“Bəli, o, üç il öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işləyirdi və sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovuldu.

Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı”.

Həmçinin iddia edilir ki, Ə.Musaoğlu öz şagirdini zorlayıbmış. Bəziləri isə onun şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri