Azərbaycanlı model Günay Musayevadan boşanma ərəfəsində olan türkiyəli aktyor Tolqa Karel yeni sevgilisi ilə gündəmə gəlib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün sevgilisi ilə məkanların birində görüntülənən aktyor seriallar ilə vidalaşacağını və Türkiyəni tərk edəcəyini deyib:
“Seriallarla vidalaşıram və Saşa (red.- sevgilisi) ilə Amerikaya köçməyə hazırlaşıram”.
Qeyd edək ki, Tolqa Karellə Günay Musayeva 2011-ci ildə ailə qurublar. Cütlüyün Cihangir adlı oğlu var.
Rəylər