25 
Mar
2024
17:12
138
39
2083
Virtual karabakh

Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”

25 Mar, 2024
17:12
2083

Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu verilişlərin birində deyib. Sənətçi ad çəkmədən efirdə onun haqqında danışılmasına reaksiya verib:

“Hərdən aparıcılardan da inciyirəm. Bir ifaçıya söz deyəndə onu başa salıb, sonra demək lazımdır. Baxıram, ürəyim qırılır. Danışan və ya kiməsə söz deyən və ya nəyəsə görə zəng edən insan deyiləm. Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda və sözünü desin. Şəxsən mən heç kimdən narahat deyiləm. Kiminsə də sözü məni narahat etmir.

Mənə sosial şəbəkədə kiminsə haqqında nəsə danışmaq yaraşmaz. Və ya mənə əli çatmayan bir insan barəsində efirdə çıxıb nələrsə danışım - buna mənim ailə tərbiyəm imkan vermir”.

Qeyd edək ki, bir müddət əvvəl Kərim Abbasov qonaq olduğu verilişlərdə Zamiq barəsində qalmaqallı sözlər demişdi.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri