26 
Mar
2024
23:12
41
588
3275
Virtual karabakh

Tarix Əliyev daha bir verilişə aparıcılıq edəcək - VİDEO

26 Mar, 2024
23:12
3275

Tarix Əliyev daha bir verilişə aparıcılıq edəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Tarix Əliyev (Tolik) MTV-də daha bir verilişə aparıcılıq edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.

Bildirib ki, layihə tezliklə təqdim olunacaq:

“MTV-də yeni layihə başlayır. Heç vaxt belə formatda veriliş aparmamışam. Bu dəfə özüm istədim ki, edim. Proqramın adı “Toylar kralı”dır. Kamran Həsənlinin ilk dəfə apardığı verilişdir, çox sağ olsun ki, adından istifadə etməyə icazə verdi. Amma bu dəfə SMS yox, münsiflər heyəti olacaq”.

Qeyd edək ki, Tarix hazırda “Tarixin bir günü” proqramında da aparıcılıq edir.

Həmin görüntüləri təqdim edirik:

@oxuaz Aparıcı Tarix Əliyev (Tolik) daha bir verilişə aparıcılıq edəcək. #oxuaz #tolik ♬ orijinal ses - Oxu.az News

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri