Avq
2015
10:58
42
31
6123
Virtual karabakh

Aytən Səfərova ANS-dən çıxması xəbərindən danışdı

6 Avq, 2015
10:58
6123

Aytən Səfərova ANS-dən çıxması xəbərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu müddət ərzində mənə dəstək verən hər kəsə təşəkkür bildirirəm”.

Aparıcı Aytən Səfərova ANS telekanalından çıxması və ATV-yə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, o, Facebook hesabında bunları yazıb:

“Əziz dostlar, mənim ANS-dən çıxmağımla bağlı xəbər yayılıb. Mən ANS-dən çıxmamışam, hazırda bülletendəyəm. Bir müddət sonra isə məzuniyyətə çıxmağa hazırlaşıram. Haqqımda başqa telekanala keçməyimlə bağlı xəbər yayan saytları isə qınamıram. Çünki mənim ANS-də efirdə görünməməyim müəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddət ərzində mənə sosial şəbəkədə, saytlarda, telefonla dəstək verən hər kəsə təşəkkür bildirirəm”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri