Xəbər verdiyimiz kimi türkiyəli aktyor Tolqa Karel Mayamiyə getməzdən əvvəl keçmiş həyat yoldaşı, Türkiyədə yaşayan həmyerlimiz model Günay Musayevanı polisə şikayət edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna üsyan edən Musayeva “Oğlu ilə maraqlanmır. Maddi və mənəvi dəstək vermir. Tolqanın ruhi sağlamlığı yerində deyil. Müalicəyə ehtiyacı var. Məni evimdə Türkiyə vətəndaşı olmayan birini köməkçi işlətdiyim üçün polisə şikayət edib. Uşağımı evdə qoyub, polis bölməsinə gedib-gəlirəm” deyib.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər