Sen
2015
12:54
94
66
15941
Virtual karabakh

Ali Məhkəmə Rəqsanənin işi üzrə qərarını açıqladı

2 Sen, 2015
12:54
15941

Ali Məhkəmə Rəqsanənin işi üzrə qərarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İddia məbləğinin təxminən 300 min dollar olduğu bildirilir.

 Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın report.az-a istinadən xəbərinə görə, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.

Rəqsanə İsmayılovanın vəkilləri Xaliq Bağırov və Cavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.

Qeyd edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da, təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.

Nizami Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.

Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri