17 
Sen
2015
10:03
16
58
5908
Virtual karabakh

Tolqa Günay haqda: Sevmədiyim, sevə bilmədiyim qadın - FOTO

17 Sen, 2015
10:03
5908

Tolqa Günay haqda: Sevmədiyim, sevə bilmədiyim qadın - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhurlar məhkəmə binasından çıxarkən görüntülənib.

Azərbaycanlı model Günay Musayeva ilə türkiyəli aktyor Tolqa Karelin boşanması haqqında məlumat vermişdik.

Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 8 dəqiqəlik məhkəmədən sonra hər iki tərəf razılıqlı şəkildə boşanıb. Daha sonra məşhurlar məhkəmə binasından çıxarkən görüntülənib.

Günay Musayeva boşanma barəsində ona ünvanlanan suallara belə cavab verib:

“Artıq onunla bağlı heç bir şey danışmağımıza ehtiyac yoxdur”.

T.Karel isə “Övladımıza görə çox danışmaq mənasızdır. Ata kimi borcumu yerinə yetirmişəm və yetirəcəyəm. Sevmədiyim, sevə bilmədiyim qadınla evli qalmağın bir mənası olduğunu düşünmürəm”,-deyə bildirib.

Ataşehir və Beylerbeyindəki mənzillərini satan Tolqa Karel ABŞ-a köçəcəyini söyləyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri