Okt
2015
16:45
288
71
7400
Virtual karabakh

Elza Seyidcahanın namizədliyi qeydə alınmadı

8 Okt, 2015
16:45
7400

Elza Seyidcahanın namizədliyi qeydə alınmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uyğunsuzluq oldu.

Bəstəkar-müğənni Elza Seyidcahanın noyabrın 1-də Milli Məclisin keçiriləcək parlament seçkilərində namizədliyi qeydə alınmayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komisiyasından məlumat verilib.

Məlumata görə, sənətçinin sənədlərində uyğunsuzluq olub.

Qeyd edək ki, Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki dairəsindən namizədliyini ürəli sürmüşdü. Onu da bildirək ki, E.Seyidcahan mətbuata açıqlamasında 10 050 imza topladığını bildirmişdi. Lakin DSK onun yalnız 550 imza topladığını açıqlamışdı.

Qeyd edək ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi hazırkı depuatat Tahir Süleymanovdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri