Azərbaycanda iki böyük sənətçi arasında aylar əvvəl başlayan qalmaqalda hansı tərəfin haqlı olduğunu müəyyənləşdirməkdə məhkəmə də çətinlik çəkir.
Oxu.Az Qafqazinfo-ya istinadən bildirir ki, bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə xalq artisti Nazpəri Dostəliyevanın İlhamə Quliyevaya qarşı iddia ərizəsi əsasında məhkəmə prosesi baş tutub.
Bu barədə İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov mətbuata məlumat verərək bildirib ki, məhkəmədə primadonnanın Dostəliyevanın ünvanına heç bir böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləmədiyi təsdiq olunub və məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekpertizaya göndərilməsinə qərar verib.
Bu açıqlamaya qarşı tərəfdən dərhal reaksiya gəlib.
Nazpəri Dostəliyeva bunları deyib:
“Mətbuatda yayılıb ki, məhkəmə mənim iddiamı ləğv edib. Bu belə deyil. Məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekspertizaya göndərilməsinə qərar verib. Bu o deməkdir ki, “mən yemirəm, yedizdirirəm” ifadəsi ekspertiza olunacaq və həmin ifadənin nə qədər təhqir olub-olmadığı müəyyənləşdiriləcək”.
Rəylər