27 
Noy
2015
20:44
10
146
3270
Virtual karabakh

Qobustanda ağır qəza: Ölən və yaralanan var

27 Noy, 2015
20:44
3270

Qobustanda ağır qəza: Ölən və yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Faktla bağlı araşdırma aparılır.

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 18:00 radələrində magistral yolun 79-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
 
Bakı sakini, 1976-cı il təvəllüdlü Rzayev Teymur Vladimiroviçin idarə etdiyi “Lexus” markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı sakini 1947-ci il təvəllüdlü Quliyev Seyidəli Rəsul oğluna məxsus “Niva” markalı minik avtomobili ilə toqquşub.
 
Hadisə zamanı Seyidəli Quliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. “Lexus”un sürücüsü Teymur Rzayev Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
      
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri