28 
Noy
2015
10:35
107
426
38198
Virtual karabakh

Bakıda tanınmış prodüser sükan arxasında sərxoş saxlanıldı - YENİLƏNİB + VİDEO

28 Noy, 2015
10:35
38198

Bakıda tanınmış prodüser sükan arxasında sərxoş saxlanıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun köməyinə meyxanaçı Pərviz Bülbülə də gəlib.

Tanınmış prodüser Təranə Səmədova Bakıda sükan arxasında sərxoş saxlanılıb. 

Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində "Hyundai" markalı avtomobilə "Saxla!" əmri veriblər.
 
Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib.
 
Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman "Tofaş" markalı başqa bir avtomobili əzib. Yol polisi əməkdaşı Pərviz Musayev sürücünün tabe olmadığını bildirib: 

"Sürücü bilərəkdən tabe olmadı və hərəkət sürətini artırdı. Dəfələrlə ziq-zaqvari manevr hərəkətləri edərək, məsuliyyətdən qaçmağa çalışdı. Amma sürücü tərəfimizdən operativ şəkildə süni tıxac vasitəsilə saxlanıldı".
 
Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edib.

Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə tanınmış meyxanaçı Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də, onun ərazidən uzaqlaşa biləcəyindən ehtiyatlanan polis əməkdaşları buna mane olublar.
 
Post Patrul Xidmətinin əməkdaşları Təranə Səmədovanı məcburi qaydada tibbi müayinəyə aparıblar.
 
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 
Qeyd edək ki, son günlər qadın sürücülərin sükan arxasında sərxoş vəziyyətdə saxlanılması halları artıb.

09:47

Tanınmış prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.
 
Yol polisi əməkdaşları "Hyundai" markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Məlum olub ki, sürücü, prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edib. 

Sürücü müqavimət göstərdiyinə görə, yol polisi əməkdaşları Post Patrul Xidmətindən yardım istəyiblər. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər və Təranə Səmədova məcburi qaydada tibbi müayinəyə aparılıb.
 
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 
Qeyd edək ki, Təranə Səmədova bir sıra layihələrin prodüseridir. Onun hazırda üzərində işlədiyi layihə tanınmış müğənni Azisin Bakıdakı konsertidir. O, konsertin meneceridir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri