Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, reydlər zamanı Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ halları aradan qaldırıb.
Xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkarlanıb və akt tərtib olunaraq, zərərsizləşdirilib.
Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində reydlər davam etdirilir.
E.Ə.
www.oxu.az