Yan
2016
16:35
43
163
15435
Virtual karabakh

DYP “apteçka”larla bağlı xüsusi reyd keçirir?

5 Yan, 2016
16:35
15435

DYP “apteçka”larla bağlı xüsusi reyd keçirir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Belə bir məsələ DYP-nin nüfuzuna xələl gətirir”.

Dövlət Yol Polisi nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusunun, yanğınsöndürən balon və qəza - duracaq nişanının olub-olmamasına görə heç bir reyd keçirmir.

Bu barədə Oxu.Az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 2016-cı il yanvarın 1-dən avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı reydlərin keçirilməsi şayiədir:

“Belə şayiələrin dolaşması DYP-nin nüfuzuna xələl gətirir. Şayiələr yanğınsöndürmə balonu və tibbi yardım çantasının satışı ilə məşğul olan sahibkarlar tərəfindən yayılır.

Vətəndaşlar cərimə yazılmasından çox, həmin vasitələrin avtomobildə olmasının vacibliyini başa düşməlidirlər. Sürücülər müəyyən məbləğdə cərimə ödəməkdənsə, həmin vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Yol polisinin məqsədi cərimə yazmaq deyil. Əgər kimsə boş qutu alıb qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır”.

Şöbə rəisi bildirib ki, əgər həmin dərman qutusu avtomobildə olmasa, cərimə yazıla bilər: 

“Tibbi çantalarla bağlı reydlərin keçiriləcəyi, sürücülərin sərt şəkildə cərimələnəcəyi barədə xəbərlər cəmiyyətdə ajiotaj yaratmaqdan başqa bir şey deyil. Cərimənin məbləği 5 manatdır”.

Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Oxu.Az-a bildirib ki, dərman qutusunun avtomobildə olmamasına görə 3 manatdan 5 manatadək cərimə nəzərdə tutulur.

“Dərman qutusunun avtomobillərdə olması qaydaları ilə bağlı cərimə məsələsində heç bir yenilik yoxdur. Bu məsələ dərman qutularının satışı ilə məşğul olan işbazlar tərəfindən süni şəkildə gündəmə gətirilib. 5 manata olan və heç kimin almadığı dərman qutusu bu gün 40 manata satılır”.

Ərşad Hüseynov qeyd edib ki, hazırda yanğınsöndürmə balonları və qəza dayanma nişanının olmamasına görə İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinin 2-ci bəndini əsas gətirib, “konstruksiyanın digər ünsürləri” məsələsini gündəmə gətirərək, 150 manat cərimə nəzərdə tutulduğunu bildirirlər.

“Bu məsələ də tam yanlışdır. Yanğınsöndürmə balonları və qəza dayanma nişanının olub-olmaması hara, avtomobilin konstruksiyasının dəyişikliyi hara?”.

Ekspert bildirib ki, yüksək məbləğdə cərimə olmasa belə avtomobillərdə xüsusi komplektləşdirilmiş dərman qutusunun, yanğınsöndürmə balonu və qəza - duracaq nişanının olması vacibdir.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri