13 
Fev
2016
11:47
381
38
14621
Virtual karabakh

Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı – YENİLƏNİB

13 Fev, 2016
11:47
14621

Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“MTN-lə oğurluğun nə əlaqəsi?”

Mən də xəbərləri oxumuşam. Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar.

Oxu.Az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Bağ evindən 1 milyon manat pul oğurlanması xəbərinə münasibət bildirən sabiq nazir deyib ki, həbs üçün məhkəmə olmalıdır:

“Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətəuyğun deyil”.

Əli Abbasov onu da əlavə edib ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

09:50

Azərbaycanın sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun Goradil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlayıblar.

Oxu.Az xəbər verir ki, haqqin.az bu barədə hüquq-mühafizə oraqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Oğurluq nazirin işdən azad olduqdan bir neçə həftə sonra baş verib.

Məlumata görə, axtarış-istintaq tədbirləri nəticəsində qarətçilər həbs ediliblər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Əli Abbasovun və digər məsul əməkdaşları simasında əvvəlki rəhbərliyi korrupsiyada ittiham ediliblər. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri