28 
Yan
2014
12:26
45
9
7478
Virtual karabakh

“AvtoFM” - 107.7 FM radiosu online yayımlanmağa başladı

28 Yan, 2014
12:26
7478

“AvtoFM” - 107.7 FM radiosu online yayımlanmağa başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın zamanlarda isə mobil telefonlar üçün proqramlar da buraxılacaq.

Sizə bir müddət əvvəl “AvtoFM” radiosunun əsas yayıma 107.7 FM tezliyində başlaması barədə məlumat vermişdik.

Qısa bir zamanda “AvtoFM” yüksək reytinq əldə etdi və geniş dinləyici auditoriyası qazandı.

Oxu.Az xəbər verir ki, artıq “AvtoFM” online yayımlanmağa başlayıb. Siz radionu www.avtofm.az saytında dinləyə bilərsiniz.

Yaxın zamanlarda isə mobil telefonlar üçün  proqramlar da buraxılacaq və dinləyicilər rahat şəkildə mobil telefondan “AutoFM” radiosunu dinləyə biləcəklər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərən “AvtoFM” dinləyicilərini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandıracaq.

Yollardakı vəziyyət barədə məlumatdan əlavə radiostansiyanın efirində müxtəlif məzmunlu verilişlər, hədiyyəli viktorinalar və şübhəsiz, həm milli, həm də xarici musiqi yayımlanacaq.

Radioya dair 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının bu il aprelin 2-də keçirilmiş iclasında qəbul edilib.

Bir sözlə, gün ərzində sözügedən radio vasitəsilə avto aləmdə baş verən hadisələrdən, xəbərlərdən, hit musiqilərdən və s. xəbərdar olmaq istəyirsinizsə, mütləq radio dalğalarınızı “AvtoFM”-ə kökləyin.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri