23 
Yan
2017
10:37
23
249
19380
Virtual karabakh

“Lider” TV-nin işdən çıxarılan əməkdaşı danışdı - YENİLƏNİB - VİDEO

23 Yan, 2017
10:37
19380

“Lider” TV-nin işdən çıxarılan əməkdaşı danışdı - YENİLƏNİB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lider” TV-nin Rusiya üzrə xüsusi müxbiri Anar Həsənov bu televiziya kanalından işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, A.Həsənov “Ölkə.az”-a açıqlamasında “Lider” TV-dən işdən çıxarıldığını deyib:

“Məni “Lider” TV-dən işdən çıxarıblar. Artıq bu televiziya kanalında işləmirəm. Bu barədə yayılan xəbərlər doğrudur. Mən Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm, filologiya elmləri namizədiyəm. Ancaq hələ ki, əlavə bir şərh vermək istəmirəm. Çox sağ olun ki, mənimlə maraqlanırsınız”.

A.Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə isə cavab vermək istəmədiyini deyib:

“Jurnalist həmkarlarıma böyük hörmətim var. Üzrlü sayın, ancaq mən bu məsələyə şərh vermək istəmirəm”.

Xatırladaq ki, Anar Həsənov bir neçə gün öncə Rusiyanın xarici işlər nazirinin mətbuat konfransında Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda rəsmi Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualını verib. Sergey Lavrov isə həmin suala “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” deyə cavab verib.

Bu hadisədən az sonra isə Anar Həsənov çalışdığı “Lider” TV-dən çıxarılıb. Jurnalistin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişi ilə işdən çıxarıldığı deyilir.

10:27 (22.01.2017)

Rusiyanın XİN rəhbəri Sergey Lavrova yanvarın 17-də mətbuat konfransı zamanı sual verən “Lider” TV-nin Rusiyadakı müxbiri Anar Həsənov işdən kənarlaşdırılıb.  

Oxu.Az Minval.az-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə, Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualına Lavrovun “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsi narahatlıqla qarşılanıb.

Əldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə “vəsatət”i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalistin xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi iki ölkənin dostluq münasibətlərinə xələl gəlib. Səfir jurnalistin sualını “təxribatçı sual” kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən də çəkinməyib.

Ancaq ölkəmizdə fəaliyyət göstərən politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə, jurnalist Anar Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri