26 
Yan
2017
09:29
338
30
27748
Virtual karabakh

Məcburi köçkünlər doğma torpaqlarına qayıdır – VİDEO

26 Yan, 2017
09:29
27748

Məcburi köçkünlər doğma torpaqlarına qayıdır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük qayıdış başlayır. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən məhz belə qəbul olunur. Hətta bu kənddən olan 190 ailə artıq öz doğma kəndlərinə qayıtmaqla bağlı rəsmi müraciət də edib.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. 1994-cü il yanvarın 5-də isə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Ordumuzun həyata keçirdiyi Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. Amma bununla belə, kənd ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. Ötən ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi tam olaraq Silahlı Qüvvələrimizin nəzarətindədir.

Hazırda kənddə cəmi iki ailə təsərrüfatı mövcuddur, onlar da Arif və Oqtay Həziyev qardaşlarının ailəsidir. Halbuki, işğaldan əvvəl kənddə əhalinin sayı 1075 nəfər və 283 ailə təsərrüfatı olub. O dövrdən indiyədək əhalinin sayı artaraq 1428 nəfərə, təsərrüfatın sayı isə 395-ə çatıb. Onlar əsasən İmişli rayonu ərazisində yerləşdiriliblər.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. Hələ ki, Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri