Fev
2017
18:50
36
782
13077
Virtual karabakh

28 dəfə Həccə gedən sabiq deputat: Tarixə düşmüşəm

7 Fev, 2017
18:50
13077

28 dəfə Həccə gedən sabiq deputat: Tarixə düşmüşəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən Azərbaycan tarixinə düşmüşəm. 

Oxu.Az xəbər verir ki, bunu Ölkə.az saytına Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib.

Onun sözlərinə görə, Milli Məclisdə elə adam olmayıb ki, o, 28 dəfə Həcc ziyarətində, 2 dəfə Kəbə evinin içərisində olsun.

“Mənim ağılım başımdadır, Milli Məclisdə deputat olmuşam. Allah nəsib etsə, bu il də Həcc ziyarətində olacam. Bütün bunları deputatların içində ancaq mən etmişəm. Bundan sonra da mənim etdiklərimi təkrarlayacaq insana yalnız Allah bunu bəxş edə bilər. Təsəvvür edin ki, 50 ildən sonra Milli Məclisin tarixinə baxılanda deyiləcək ki, deputat Hacı Qalib filan qədər Həcc ziyarətində olub və sairə. Ona görə də mən özümü tarixə düşmüş insan hesab edirəm”.

O bildirib ki, Sovet hökuməti dövründə bizneslə məşğul olub.

“Bakı şəhərində 2 otaqlı mənzilim, Bilgəhdə bir bağ evim, bir də maşınım var. Avtomobilimin də ili köhnədir, “Ford”dur, 5 il bundan əvvəl 70 min dollara almışdım. Mənzil də Sovet hökuməti dövründən qalıb. 

1984-1985-ci illərdə tikinti materialları mağazam var idi, oradan əldə etdiyim bir günlük gəlirim 25 min 600 manat idi. Hətta, rəhmətlik atam o vaxt gəlirimi biləndən sonra mənə dedi ki, mənim 10 illik maaşım sənin bir günlük gəlirindən azdır”.  

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri