17 
Fev
2017
15:58
24
223
8850
yuxarı
Azərbaycanda qar uçqunu oldu – YENİLƏNİB
17 Fev, 2017
15:58
8850
24
223
Azərbaycanda qar uçqunu oldu – YENİLƏNİB
Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.
Oxu.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.
“Qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb”, - deyə A.Nəcəfli qeyd edib.
13:51
Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.
Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.
“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək