23 
Mar
2014
12:03
11
66
4420
Virtual karabakh

Xalq artistinin nitqi tutulub, yaddaşı pozulub

23 Mar, 2014
12:03
4420

Xalq artistinin nitqi tutulub, yaddaşı pozulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Suallara cavab verməyə çətinlik çəkir”.

Bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən xalq artisti Ramiz Əzizbəyli evə buraxılıb. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə xalq artistinin həyat yoldaşı məlumat verib. 

O bildirib ki, Novruz bayramı olduğuna görə, həkimlərin razılığı ilə R.Əzizbəylinin bir neçə günlük evə gətiriblər: 

“Artıq Ramiz müəllim evdədir. Müalicəsi bitməyib. Sadəcə, istədik ki, bayramı bizimlə birgə evdə qeyd etsin. İndi yanımızda olmasına baxmayaraq, həkimlərin nəzarətindədir. Bu ayın 27-si onu yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdirəcəyik. Çünki evdə müalicə etdirmək çətindir. Vəziyyəti normaldır. Çətinlik çəkə-çəkə danışır. Bir az yaddaşında problemi var. Suallara cavab verməyə çətinlik çəkir. Həkimlər dedilər ki, yaxşı olacaq. İnanırıq ki, yaxşı olar”.  

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Martın 18-dən isə Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirirdi.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri