21 
Mar
2017
13:11
65
1306
24858
Virtual karabakh

Azərbaycan dünyanın ən ucuz ölkələrindən biridir

21 Mar, 2017
13:11
24858

Azərbaycan dünyanın ən ucuz ölkələrindən biridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan dünyanın ən ucuz ölkələrinin siyahısında ilk onluğa daxil edilib.

Oxu.Az bu barədə Numbeo tədqiqat portalının hazırladığı reytinqə istinadən xəbər verir.

Portalın məlumatına əsasən, Azərbaycanın indeksi 27,76 olub.

Ən ucuz ölkələrin siyahısına Misir başçılıq edib, ikinci yerdə Hindistan, üçdə Ukrayna, dörddə Pakistan, beşinci yerdə isə Gürcüstan qərarlaşıb. 

Yaşayış üçün ən bahalı ölkələr siyahısında Bermud adaları (146,19), İsveçrə (122,06), İslandiya (111,71), Norveç (106,31) və Baham adaları (105,05) yer alıb.

Qeyd edək ki, reytinqin hazırlanması zamanı 50 əmtəə və xidmətlərin - qidalanma, daşınmaz əmlakın icarəsi, restoranların orta qiyməti, taksilərin qiyməti, asudə vaxtın təşkili, kommunal xidmətlərin və mobil telefonların qiymətləri nəzərə alınıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri