21 
Apr
2017
10:03
34
162
10458
yuxarı
Bəxtiyar Vahabzadənin oğlu vəzifəsindən azad edildi
21 Apr, 2017
10:03
10458
34
162
Bəxtiyar Vahabzadənin oğlu vəzifəsindən azad edildi
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.
N.O.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək