May
2017
23:00
16
234
4300
Virtual karabakh

Güclü külək bölgələrdə xeyli fəsad törədib

9 May, 2017
23:00
4300

Güclü külək bölgələrdə xeyli fəsad törədib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənub bölgəsində güclü külək səbəbindən onlarla kəndə elektrik enerjisinin verilməsində problem yaranıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bölgədə güclü külək başlayıb. Bölgənin əksər kənd və qəsəbəsinin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

Hazırda Masallının Qızılavar, Bədəlan, Kolatan, Türkoba, Lənkəranın Zövlə, Sparadi, Cil, Yardımlı və Lerikin bir neçə kəndi işıqsız qalıb.

Bölgədə güclü külək davam edir. Güclü küləkdən sonra Lerik və Masallı ərazilərində göydən qum dənəciklərinin yağıb. Aidiyyəti qurumlardan bildirilib ki, böyük fəsadların yaranmaması üçün elektrik xətləri ayrılıb, bu səbəbdən elektrik enerjisi kəsilib.

Bu gün gündüz saatlarında başlayan güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Külək nəticəsində elektrik enerjisinin təchizatında problem yaranıb. Bundan başqa güclü külək kəndlərdə meyvə ağacları kökündən çıxarıb.

Ucar Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, elektrik enerjisinin təchizatında fasilə güclü külək nəticəsində rayonun əksər yaşayış məntəqələrində elektrik naqillərinin qırılması səbəbindən baş verib. Hazırda problem yaranmış ərazilərdə təmir-bərpa işləri aparılır. Yaxın saatlarında rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam təchiz olunacaq.          

Ağcabədidə güclü külək bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində çətinlik yaradıb.

 Ağcabədi rayonunun Kəhrizli kənd ərazisində ağac aşması nəticəsində 3 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Rayon İcra Hakimiyyətinin Kəhrizli ərazi üzrə nümayəndəsi Ayaz Qəhrəmanovun APA-ya verdiyi bildirib ki, güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb. Kəhrizli, Kiçik Kəhrizli və Minaxorlu kəndlərinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Güclü  külək Ağdamda da ciddi fəsadlar yaradıb. Rayonun Əhmədağalı kənd sakini İsmayılov Malik İsgəndər oğluna məxsus evin qarşısındakı çardağın tavan hissəsi uçub.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri