24 
May
2017
16:50
104
29
1990
Virtual karabakh

Birinci sinfə qəbul üzrə 43 mindən çox uşaq elektron qeydiyyatdan keçib

24 May, 2017
16:50
1990

Birinci sinfə qəbul üzrə 43 mindən çox uşaq elektron qeydiyyatdan keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Martın 15-dən ötən müddətdə I sinfə qəbul üzrə 43 mindən çox uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir”.

Oxu.Az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva APA-ya müsahibəsində bu barədə danışıb.

Sektor müdiri bildirib ki, birinci sinfə elektron sənəd qəbulunun tətbiqi vətəndaşların rahatlığının təmin olunmasına, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınmasına və mövcud olan bərabər təhsil imkanlarının genişləndirilməsinə şərait yaradır:

“Eləcə də I sinfə elektron sənəd qəbulu prosesi bu sahədə şəffaflığın təmin olunması, subyektiv amillərin aradan qaldırılması, insanlara obyektiv seçim azadlığının verilməsi məqsədilə tətbiq edilir. I sinfə şagird qəbulu prosesinin 6 ay (15 mart-15 sentyabr) davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir".

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu artıq 3-cü ildir ki, elektron qaydada aparılır. Sənəd qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri