25 
May
2017
16:45
22
207
10464
Virtual karabakh

Bakıda yenicə açılmış parkda xoşagəlməz vəziyyət – FOTO

25 May, 2017
16:45
10464

Bakıda yenicə açılmış parkda xoşagəlməz vəziyyət – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Sevirəm” parkında quraşdırılan yelləncəklərin bəziləri qırılıb. Bəzi əyləncə vasitələrində isə uşaqlara zərər vura biləcək problemlər var.

Oxu.Az xəbər verir ki, adının çəkilməsini istəməyən parkın əməkdaşı Report-a bildirib ki, yelləncəklər gecə saatlarında qırılır: “Sərxoş adamlar parka zərər vurur”.

Gecə saatlarında nəzarətin olub-olmaması məsələsi ilə bağlı sualımızı cavablandıran park işçisi parkda gecə də nəzarətçi olduğunu bildirib. Lakin o, parka nəzarət ola-ola necə ziyan vurulmasına aydınlıq gətirə bilməyib.

Maraqlıdır ki, parkda uşaqların sürüşməsi üçün nəzərdə tutulan attraksion digər parklardan fərqli olaraq taxtadandır. Bu isə balacaların sürüşməsinə imkan vermir.

Qeyd edək ki, park 2016-cı ilin oktyabr ayında istifadəyə verilib. 3,2 hektar ərazini əhatə edən park 7 aydır paytaxt əhalisinin istifadəsinə açıqdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri