14 
İyn
2017
10:45
102
27
3840
Virtual karabakh

Bakı məktəblərində son zəng keçirilir – FOTOREPORTAJ

14 İyn, 2017
10:45
3840

Bakı məktəblərində son zəng keçirilir – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycanda XI sinifləri 84 088 nəfər şagird bitirir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir.

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur. Oxu.Az-ın əməkdaşı paytaxt məktəblərindən birində keçirilən “Son zəng” tədbirini çəkib.

Qeyd edək ki, təkcə Bakıda 19 525 nəfər XI sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

Zülfiyyə Qurbanova

Foto : İsmayıl Nur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri