12 
İyl
2017
17:43
40
461
21334
Virtual karabakh

General oğlunun döydüyü sürücünü hədələdi

12 İyl, 2017
17:43
21334

General oğlunun döydüyü sürücünü hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov oğlu Rüstəm Orucovun döydüyü “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu hədələyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkə.az-a müsahibəsində sürücü S.Səmədov məlumat verib. 

S.Səmədov Novruzəli Orucovun bu gün telefonla ona zəng vurduğunu söyləyib: “Bu gün Novruzəli Orucov mənə zəng vuraraq, nə üçün ondan icazəsiz mətbuata müsahibə verdiyimi soruşdu. Daha sonra məni hədələdi və bildirdi ki, bir daha ondan xəbərsiz mətbuata müsahibə verməyim. Novruzəli Orucov mənə açıq şəkildə dedi ki, bir də onun əleyhinə olan fikirləri mətbuata söyləsəm, mənim üçün pis olacaq”.

Sürücü hələ də Novruzəli Orucovun hədələrindən qorxu hissləri keçirdiyini bildirib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri