19 
Sen
2017
17:35
66
167
10022
Virtual karabakh

Bakıda "Gazelli"nin zavodunda yanğın – VİDEO + YENİLƏNİB

19 Sen, 2017
17:35
10022

Bakıda "Gazelli"nin zavodunda yanğın – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğınla əlaqədar hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-a verilən məlumata görə, tüstüdən boğulan 10 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib.

Nazirlikdən bildirilib ki, yanğında digər zərərçəkənlərin olması ilə bağlı hələlik məlumat yoxdur.

17:07

“Gazelli Group”da baş verən yanğın söndürülüb.

Oxu.Az Reporta-a istinadən xəbər verir ki, şirkətdən bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. 

Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb. Yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.”.

16:35

Xəzər rayonunun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. 

Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. 

Hadisə ilə bağlı FHN-dən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. 

Qeyd edək ki, "Gazelli Group" MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır.

E.Ə.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri