26 
Sen
2017
13:46
346
82
49985
Virtual karabakh

Turan ATV-ni kritik duruma saldı: MTRŞ sədri gəldi – VİDEO

26 Sen, 2017
13:46
49985

Turan ATV-ni kritik duruma saldı: MTRŞ sədri gəldi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır.

TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, “qaldıqları yerdən davam etmələri” məsələni daha da kəskinləşdirib.

Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq, hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb. Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki, ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə, tənqid etməsi qəti yolverilməzdir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri