27 
Sen
2017
17:24
32
193
15084
Virtual karabakh

ATV-nin yeni prezidentindən kanalda baş verənlərlə bağlı AÇIQLAMA

27 Sen, 2017
17:24
15084

ATV-nin yeni prezidentindən kanalda baş verənlərlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 ATV telekanalına yeni təyin olunmuş prezident Azər Xəlilov kanal ətrafında yaranmış söz-söhbətlərə aydınlıq gətirib.

Oxu.Az-a açıqlama verən kanal rəhbəri bütün yayılan xəbərlərin əsassız olduğunu deyib.

“Kanalda heç kimə yeni vəzifə verilməyib. Hələlik hansı qərarlar veriləcəyi məlum deyil. Vaqif Aydınoğlunun vitse-prezident və ya icraçı direktor təyin olunması ilə bağlı heç bir qərar yoxdur”.

Azər Xəlilov “Bozbaş Pictures” və “Bacanaqlar” serialının bağlanması ilə bağlı yayılan xəbərlərin də yalan olduğunu deyib.

“Mən təyinat aldıqdan sonra heç bir veriliş və ya serialı yayımdan çıxarmamışam. Kanalda yalnız "ATV Səhər" və "Yoxlama" verilişləri bağlanıb. Bu qərarı isə kanalın əvvəlki rəhbərliyi verib”.

Qeyd edək ki, mətbuatda “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilovun Vaqif Aydınoğlunu kanalın icraçı direktoru vəzifəsinə təyin etməsi barədə xəbər yayılıb.

Eləcə də, “Bozbaş Pictures” və “Bacanaqlar” serialının bağlanması xəbər verilirdi.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri