28 
Apr
2014
17:53
21
82
20856
Virtual karabakh

“Mc Donalds”-dan cavab gəldi: Şikayətçidən 1 milyon manat istəyirik

28 Apr, 2014
17:53
20856

“Mc Donalds”-dan cavab gəldi: Şikayətçidən 1 milyon manat istəyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim nüfuzumuza ziyan dəyib”.

Bu gün saat 14:30-da Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Rolan Məmmədovun “Mc Donalds” restoranlar şəbəkəsinə qarşı iddiası əsasında məhkəməyə hazırlıq prosesi olub.

Oxu.Az Aktual.az-a istinadən xəbər verir ki, hazırlıq prosesində cavabdeh tərəf qismində iştirak edən “Mc Donalds” restoranlar şəbəkəsinin nümayəndəsi Ruslan Mirzəyev iddia ərizəsinin bu gün onlara çatdığını əsas gətirərək, hazırlıq prosesinin təxirə salınması barədə vəsatət qaldırıb. İddiaçının vəkili Anar Qasımlı cavabdeh tərəfin nümayəndəsinin gətirdiyi arqumentin əsassız olduğunu bildirərək, iddia ərizəsinin bu gün “Mc Donalds” restoranlar şəbəkəsinə çatdığına dair əsaslı sübut istəyib. Hakim Azər Paşayev cavabdeh tərəfin vəsatətini təmin edərək iddiaçının istəyini rədd edib.

Bundan başqa, cavabdeh tərəf “Mc Donalds” restoranlar şəbəkəsinin nüfuzuna dəyən ziyana görə iddiaçıdan 1 milyon manat təzminat tələb edib. Tərəflərin çıxışından sonra hakim Azər Paşayev hazırlıq prosesinin mayın 5-i saat 9:45 tarixinə qədər təxirə salınması barədə qərar qəbul edib.

Xatırladaq ki, Bakı sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu “Mc Donalds”dan sifariş etdiyi “Sezar” salatının içindən ilbiz çıxdığını bildirərək, məhkəməyə 50 min manatlıq iddia ilə müraciət edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri