11 
May
2014
13:30
15
92
9441
Virtual karabakh

Bakıda nazir müavini və arvadı dəhşətli qəzada yaralanıb - VİDEO

11 May, 2014
13:30
9441

Bakıda nazir müavini və arvadı dəhşətli qəzada yaralanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə ilə bağlı araşdırma aparılır.

Mayın 10-na keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş dəhşətli qəzada yaralanan şəxslər nazir müavini və onun həyat yoldaşı imiş. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “VAZ 2107”-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək “Lexus”a çırpılması nəticəsində “Lexus”un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb. 53 yaşlı F.Əliyevlə yanaşı onun həyat yoldaşı Arifə əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov Lent.az-a bildirdi ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən “VAZ 2107”nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunub. 

T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri