17 
Sen
2018
15:26
19
109
2987
Virtual karabakh

“Muğanbank”ın vəzifəli şəxsi məhkəmədə özünü təqsirli bilmədi

17 Sen, 2018
15:26
2987

“Muğanbank”ın vəzifəli şəxsi məhkəmədə özünü təqsirli bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən A. Mahmudov özünü təqsirli bilməyib. O deyib ki, banka qoyulan pulları bəzi hallarda müştərinin yox, başqa adamın adına yazıb:

“Qiyasın pulunu ona görə öz adına qoymadım ki, özü istəmədi”.

A. Mahmudov bankdan Qiyasın hesabından ümumilikdə 70 min manat götürüb, qızıl biznesi qurmaq üçün xərclədiyini etiraf edib.

İttihama görə, A. Əhmədov “Muğanbank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etibarından sui-istifadə edərək, onlara ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub. 

Vurulan ziyandan 23 784 manat pul ödənilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri