Noy
2018
15:46
22
124
5781
Virtual karabakh

Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı

7 Noy, 2018
15:46
5781

Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9 oktyabr tarixinə olan məlumata görə, 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsələrinə dair sənəd daxil olub.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, sənədlərə İşçi qrupu tərəfindən baxıldıqdan sonra 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi təsdiq olunub:

“Həmin vərəsələrin sənədləri Maliyyə Nazirliyinə təqdim olunub. Bu ilin sonuna qədər vərəsələrin yarısına bu vəsaiti vermək imkanımız olacaq. Növbəti ildə digər yarısına bu vəsaitin verilməsi nəzərdə tutulub”.

İdris İsayev bildirib ki, vaxtilə ödəmə alan şəhid hərbi qulluqçuların yaxınları tərəfindən gələn şikayətlərə də baxılıb:

“Aidiyyəti orqanlardan şikayətlərin araşdırılması üzrə sənədlər istəmişik. Şikayətçilərin bir qismi vaxtilə dönüş almadıqlarını bildirirlər və adları siyahıda yoxdur. Onlara dair əldə etdiyimiz sənədlərdən bəlli olur ki, 80 müraciət üzrə sığorta ödənişinə dair sənədlər mövcuddur və yanlış olaraq şikayət edirlər”.

“Şikayətlərin bir qismində anlaşılmazlıq da olub. 10-dan artıq halda həmin şəxslər səhv olaraq müraciət ediblər. Onların adı siyahıda var”, - deyə nazir müavini qeyd edib.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri