12 
İyn
2014
00:41
93
57
7879
Virtual karabakh

Bakıda möhtəşəm atəşfəşanlıq oldu - FOTO + VİDEO

12 İyn, 2014
00:41
7879

Bakıda möhtəşəm atəşfəşanlıq oldu - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-2015 Avropa Oyunlarına 1 il qaldı.

Bu gün gecə saatlarında, təxminən 00.00 radələrində Bakıda atəşfəşanlıq oldu.

Oxu.Az-ın məlumatına görə, atəşfəşanlıq Azərbaycanda keçiriləcək Bakı-2015 Avropa Oyunlarına 1 il qalması ilə bağlı keçirilirdi.

Qeyd edək ki, 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan Avropa ölkələri arasında tarixdə ilk Olimpiya oyunları hesab edilir. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq olimpiya təşkilatı tərəfindən keçirilir.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin (C.O.N.I.) qərargahında, “Foro italiko” stadionunda keçirilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina edib.

2015 Avropa Oyunlarının rəsmi açılış mərasiminin 65 000 tamaşaçı yeri olacaq Böyükşor gölünün yanında inşa edilən Bakı Olimpiya Stadionunda keçirilməsi gözlənilir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri