Dek
2018
21:57
857
27
14375
Virtual karabakh

Rusiyada aeroporta Fərman Salmanovun adı veriləcək

2 Dek, 2018
21:57
14375

Rusiyada aeroporta Fərman Salmanovun adı veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada hava limanlarının birinə həmyerlimizin adı veriləcək. 

Oxu.Az xəbər verir ki, “великиеимена.рф” saytında “Rusiyanın böyük adları” müsabiqəsi başa çatıb. 

Onlayn səsvermə yolu ilə müəyyənləşəcək görkəmli şəxsiyyətlərin adları Rusiyada 47 hava limanının rəsmi adlarına əlavə olunacaq. 

Yekun nəticələr dekabrın 4-də məlum olacaq. 

Qeyd edək ki, həmyerlimiz Fərman Salmanovun adı eyni zamanda iki region üzrə irəlidədir – Surqut və Nijnevartovsk. Dekabrın 4-də onun adının hansı aeroporta veriləcəyi bilinəcək. 

Xatırladaq ki, Salmanov Fərman Qurban oğlu SSRİ və Rusiya geoloqudur. O, Sibirdə ilk dəfə neft aşkar edən şəxsdir. F. Salmanov 2007-ci ilin 31 mart tarixində vəfat edib, Moskvada dəfn olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri