17 
Yan
2019
13:11
65
127
2208
Virtual karabakh

“Azəriqaz”: Təbii qazın verilişində problem yaranmayıb

17 Yan, 2019
13:11
2208

“Azəriqaz”: Təbii qazın verilişində problem yaranmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən gecədən etibarən bütün respublika üzrə heç bir qəza halı qeydə alınmayıb.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O bildirib ki, dünəndən etibarən bu dəqiqəyə qədər heç bir şikayət daxil olmayıb:

“Bu dəqiqəyə olan məlumata görə, bütün respublika üzrə təbii qazın verilişində heç bir problem yaranmayıb. Mərkəzi dispeçer xidmətindən əldə etdiyim məlumata görə, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb. Əgər hər hansı bir qəza halı yaranarsa, “Azəriqaz” İstehsalat Birliyinin Qaz-qəza xidməti tərəfindən həmin problemin aradan qaldırlması üçün zəruri tədbirlər görüləcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri