İyl
2014
11:26
18
116
4511
Virtual karabakh

Erməni ilə selfi çəkdirən müğənnimiz danışdı

1 İyl, 2014
11:26
4511

Erməni ilə selfi çəkdirən müğənnimiz danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O, çox yaxşı insandır”.

Məlum olduğu kimi “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimovanın erməni tələbə Levon Harutyunyanla çəkdirdiyi “selfie” böyük səs-küyə səbəb olub.

Oxu.Az xəbər verir ki, Aznews.az məsələ ilə bağlı müğənnin münasibətini öyrənə bilib.

O, bildirib ki, Ermənistan dövlətinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklərdən xəbərdardır və həmin hadisələrə törədənlərə nifrət edir:

“Levon Harutunyan Norveçə yay məktəbinə gəlmişdi. O, çox yaxşı insandır. Biz onunla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da söhbət etdik. O da bu məsələ ilə bağlı bizim kimi düşünür... İstəyir ki, müharibə şəraiti bitsin, ədalət yerini tapsın.

Mən bütün ermənilərə nifrət edə bilmərəm, mən Ermənistan hakimiyyətinə nifrət edirəm. Norveçdə minlərlə erməni yaşayır və onların heç birinin Qarabağda törədilən vəhşiliklərdə, torpaqlarımızın işğal edilməsində günahları yoxdur. Biz bütün millətə nifrət etməklə nə qazanacağıq ki? Biz bu qətliamları törədən, torpaqlarımızı zəbt Ermənistan hakimiyyətinə nifrətimizi bəyan edirik... Qoy bu məsələdə ədalət hissi, insanlığı olan ermənilər də bizə dəstək olsun. Çünki işğalçı və qaniçən bir dövlətin vətəndaşı olmaq heç kimə başucalığı gətirmir. Xüsusən də Avropada”.

Qeyd edək ki, S.Rəhimova gürcü qızı və erməni Levon Harutyunyan ilə çəkdirdiyi fotonun altında “Bütün qafqazlılar birlikdə” şərhini yazıb. Norveçin paytaxtı Oslo şəhərində təhsil alan Rəhimova bu ölkənin vətəndaşı ilə nişanlıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri