24 
İyl
2014
10:40
71
28
7940
Virtual karabakh

Bakı metrosunda şillə-təpik davası

24 İyl, 2014
10:40
7940

Bakı metrosunda şillə-təpik davası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc oğlan anasının şərəfinin müdafiəsinə qalxdı.

Bakı metrosunda dünən gecə aləm qarışıb. “Dərnəgül” istiqamətində gedən qatarda sərnişinlər şillə-təpik davasına çıxıblar.

Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, qatar hərəkətdə ola-ola iki oğlan əlbəyaxa olub. Onları ayırmaq üçün sərnişinlər xeyli əziyyət çəkməli olublar. 

Hadisə şahidi baş verənləri Milli.Az-a belə nəql etdi:

“Qatar “Dərnəgül” istiqamətində gedirdi. 3-4 dost idi, biri “Memar Əcəmi”dən qabaqkı stansiyada düşəndə söyüş söydü. O zaman qabaqda bir oğlan dedi ki, ey, ağzının açarını itirmə. O da anası ilə idi. Oğlan vaqondan düşdü, amma qışqırdılar deyə təzədən mindi qatara və qatar da sürdü. İçəridə yumruq-təpik davası başlandı. Oğlanlar düşdülər araya, ayırdılar. Söyüş söyən “Memar Əcəmi” stansiyasında düşəndə ona irad tutan oğlanı çağırdı ki, düş gəl, söhbət edək. Anası oğlunu buraxmadı. Amma “Memar Əcəmi”də qatarın qabağında polislər var idi. Vaqon stansiyada 6-7 dəqiqə dayanmalı oldu”. 

Bakı Metropolitenində Polis Şöbəsindən dava ilə bağlı açıqlama verilmədi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri