13 
Avq
2014
10:00
110
52
21805
Virtual karabakh

Prezidentin qızının toy görüntüləri – FOTO

13 Avq, 2014
10:00
21805

Prezidentin qızının toy görüntüləri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arzu xanım Rusiyada tanınmış iş adamı ilə ailəlidir.

Prezidentin qızının toyundan yeni fotolar yayılıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sosial şəbəkədə Nərgiz Paşayevanın qızlarına məxsus səhifədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyunda çəkilən fotolar paylaşılıb. 

3 il əvvələ aid görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və fotoşəkillər haqqında xoş sözlər yazıblar.

Qeyd edək ki, Arzu xanım Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun yeganə oğlu Səməd Qurbanovla ailəlidir. Cütlüyün toyu 2011-ci il sentyabr ayının 3-də olub. Onların bu evlilikdən Aydın adlı bir oğlu var.

Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir. 

Sözügedən şəkilləri sizə təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri